26 May 2017 12:43
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün bu gün Belarusa səfər edib.

Teleqraf.com xəbər verir ki, Minsk şəhərində açılan Ticarət evi “Made in Azerbaijan” brendinin tanıdılması, yeni məhsulların satışının təşkili və əlaqələndirilməsi ilə bağlı fəaliyyət göstərəcək.

Tədbirdə hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı nəzərdə tutulur.


Müəllif: Cavad