22 İyun 2017 19:43
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadalı snayper dünya rekordunu təzələyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İraqda ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkibində döyüşən snayper İŞİD terrorçusunu 3450 metr məsafədən vurub.

O, bununla rekordu təzələyib. Daha öncə Böyük Britaniya xüsusi təyinatlı qüvvələrinin snayperi Əfqanıstanda 2475 metr məsafədən “Taliban” yaraqlısını məhv etmişdi.

Kanadanın “Glob and Mail” qəzeti snayperin adını açıqlamır. Xəbərdə qeyd olunur ki, İŞİD-çini vurmaq üçün xüsusi təyinatlıya 10 saniyə vaxt lazım olub.


Müəllif: Teleqraf.com