11 Dekabr 2017 23:18
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ilin birinci rübündə Bakıda 700 sərnişin avtobusu gediş haqqının kartla ödənilməsi sisteminə keçəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli məlumat verib.

Qurum rəhbəri deyib ki, bununla da Bakıdakı avtobusların 50 faizi kart sistemi ilə işləyəcək: "Hazırda 19 marşrut üzrə 478 avtobus kart sisteminə keçib. Daha 700 avtobus da gələn ilin əvvəllərindən kart sisteminə keçəcək".

V.Kərimli bildirib ki, hazırda digər sərnişin avtobuslarının da kart sisteminə keçməsi üçün daşıyıcılarla danışıqlar davam etdirilir.


Müəllif: