14 Aprel 2014 13:28
2 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan ərazisində havanın temperaturu 24 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Yaxın üç gün ərzində Abşeron yarımadasında mülayim yaz havası və meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın bölgələrində aprelin 15-də əksər rayonlarda hava yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlıq ərazilərdə gecə 2-6, gündüz 11-16 dərəcə isti olacaq.


Müəllif: Teleqraf.com