17 Mart 2018 10:31
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilib.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək.

Məqsəd günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.


Müəllif: Şəfiqə