19 Mart 2018 13:03
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonaqları tanınmış meyxana ustası Namiq Məna, onun oğlu meyxanaçı-şair Məna Əliyev və muğam ifaçısı Bahar Lətifqızı olub.

Veriliş Novruz ərəfəsinə təsadüf etdiyi üçün qonaqlar bayram adət-ənənələrindən söhbət açıblar.

Namiq Məna Sumayıtda və Coratda uşaq vaxtı təkər yığıb yandırmalarından danışıb: “Coratda hamı birlikdə tonqal qaladığına görə Corat Sumqayıta qalib gəlirdi...”

Muğam ifaçısı Bahar Lətifqızı isə müasir dövrdə bayram adətlərinin dəyişməsindən söz açıb: “Əvvəllər paxlava, şəkərburanı evdə hazırlayardıq. İndi isə elə zəmanəyə gəlib çıxmışıq ki, hazırlayırlar, alıb qoyuruq süfrəmizə”.

Şirniyyatı sevməsindən danışan müğənni “Bizə nə var, burdan yeyirik, burdan da gedib əməliyyat etdiririk”, - deyə estetik əməliyyata işarə vurub.

Uşaqlıq illərini doğmalarından kənar internat məktəbində keçirdiyini bildirən ifaçı indi köməkçiləri olsa da, pəncərələri hələ də özü sildiyini vurğulayıb.

Bahar Lətifqızı Namiq Mənanı tıxsız balıq adlandırıb. Namiq Məna buna cavab olaraq deyib: “Mənə pis olana elə addım atıram ki, utanc hissi olan bir az utanar ki, niyə pislik elədim. Kimisə yalandan tərifləmək qorxaqlıqdır”.


Müəllif: Teleqraf.com