22 Mart 2018 13:11
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında üzvlüyü təsdiqlənib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası haqqında” qərarında dəyişiklik edib.

Musa Pənahovun adı isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının üzvləri sırasından çıxarılıb. M. Pənahov nəqliyyat ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini olub./APA/


Müəllif: Teleqraf.com