18 Avqust 2014 11:49

“Mediaforum” saytı fəaliyyətini dayandırır.

Teleqraf.com qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 28-dən bütün işçi kollektivi ilə birgə yay məzuniyyətinə çıxan sayt fəaliyyətini bu gün bərpa etməli idi. Lakim saytda hələ ki, heç bir yeniləmə yoxdur.

Əldə etdiyimiz məlumata görə, saytın əməkdaşları iki aydır maaşlarını ala bilmirlər. Saytın fəaliyyətini dayandırmasına səbəb isə yeganə gəlir mənbəyi olan “İREX Azərbaycan” (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) qeyri-hökümət təşkilatının bank hesabına həbs qoyulmasıdır.

Qeyd edək ki, saytın baş redaktoru Azər Qaraçənli ilə əlaqə saxlamaq istəyimiz baş tutmadı.

Xatırladaq ki, avqustun 4-də Baş Prokurorluq Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş "qanun pozuntuları faktlarına" dair "vəzifə saxtakarlığı" və "vəzifə səlahiyyətlərindən sui-istifadə" maddələri ilə cinayət işi başlanıldığını bildirmişdi. Bundan sonra isə həmin təşkilatların hesabına həbs qoyulub. Xarici təşkilatlardan maliyyələşən və vergi yayınmlarında ittiham olunan bir neçə şəxs də həbs olunub.


Müəllif:
Загрузка...