28 Aprel 2014 20:47

Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində yeni çəkilmiş 315 mm diametrli su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar “+110 Şərq” su anbarının 500 mm diametrli V-2 çıxış xətti bağlanılacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bununla əlaqədar 29 aprel 2014-cü il tarixdə Babək və Gəncə prospektlərinə, S.Ə.Şirvani, M.Hadi, Neapol küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.


NİGAR


Müəllif: