5 Mart 2015 17:17
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “SABAH” qruplarında press-tur keçirilib. Jurnalistlər “SABAH” qrupları üçün yaradılan şəraitlə tanış olub, dərslərdə iştirak ediblər.

ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi icra komitəsinin rəhbəri Elçin Ağakişiyev jurnalistlərə layihənin əhəmiyyətindən danışaraq bildirib ki, layihənin əsas məqsədi seçilmiş tələbələrin tədrisinin müasir tərz və metodika ilə keçirilməsidir: ““SABAH” qruplarında dərs deyən bütün müəllimlər Təhsil Nazirliyinin komissiyasından keçiblər. Tədris planları elə qurulub ki, burada intensiv ingilis dili tədris olunmaqla yanaşı xarici ölkələrdən gələn müəllimlər də müvəffəqiyyətlə tədris edirlər. Bu qruplarda təhsil alan tələbələr xüsusi təqaüd, ödənişsiz yataqxana və üç dəfə yeməklə təmin olunurlar”.

ADİU-nun “SABAH” qrupları mərkəzinin dekanı Aida Quliyeva universitetdə “SABAH” qrupları üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, “SABAH” qrupunda təhsil alan tələbələrə dərs prosesi xüsusi proqram əsasında təşkil olunur. İngilis dilinin və əsas fənlərin tədrisinə xüsusi yer verilir. Təhsil müddətində tələbələrin şirkət rəhbərləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslərlə görüşləri təşkili edilir. Bu isə “SABAH” qrupunun tələbələrinin gələcək karyera və məşğulluq imkanlarını əhəmiyyətli dərəcədə artırır.

SEVİL


Müəllif: