10 Mart 2015 13:35
343

ABŞ-ın texnologiya nəhəngi “Apple” şirkəti özünün yeni kəşfi olan “Apple” saatını təqdim edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bəzi texnologiya şirkətləri - “Samsung”, “LG” və “Sony” artıq özlərinin “ağıllı saat”larının təqdimatın keçiriblər. Ancaq “Apple” şirkəti ümid edir ki, onların yeni məhsulu “Iphone” və “Ipad” istifadəçiləri üçün yenilik olacaq.

“Apple” şirkətinin icraçı direktoru Tim Kuk bildirib ki, istifadəçilər “Apple” saatı vasitəsi ilə zəng edə, emaillərini yoxlaya və musiqi dinləyə biləcəklər.

Şirkət San-Fransisko şəhərində yeni məhsulunun təqdimatını keçirib. Ən ucuz modelin qiymətinin 349 dollar olacağı gözlənilir. Ən bahalı isə 19 karat qızıldan hazırlanmış olan saat 10 min dollara satışa çıxarılacaq. Saatın satışına gələn aydan etibarən başlanması gözlənilir.

Bəzi iqtisadçılar şirkətin bir il ərzində 8 - 18 milyon ədəd satış həyata keçirəcəyini ehtimal edir.

Samir


Müəllif: