9 İyul 2015 12:10
241

"Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Region gənclərinin narkomaniya bəlasından qorumasında QHT-lərin rolunun artırılması mövzusunda maarifləndirmə aksiyalarının təşkili" layihəsinə yekun vurub.

Bununla bağlı mətbuata açıqlama verən təşkilatın sədri Ədil Ədilzadə deyib ki, 3 ay həyata keçirilən layihənin icrası zamanıİsmayıllı, Şirvan və Samuxda olan gənclər maariflənib. Ə.Ədilzadə onu da deyib ki, layihə çərçivəsində sözügedən regionlarda olan gənclərlə fərdi söhbətlər aparılıb. Narkomaniya bəlasının onlara nə qədər yaxın olduğu öyrənilib. Gəncləri bu yoldan çəkindirmək üçün narkomaniyanın insane sağlamlığında törətdiyi bəlalarla bağlı geniş məlumat verilib.

Ə.Ədilzadə onu da bildirib ki, layihənin icrası Birinci Avropa Oyunları zamanına təsadüf etdiyindən regionlarda kiçik idman yarışları keçirlib. Bu yarışları keçirməkdə məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirməsi və narkomaniyadan uzaq olmaları üçün ilkin addımların atılması olub. İsmayıllı, Samux və Şirvanda keçirilən yarışlarda ümumən 60-a yaxın gənc iştirak edib.

Ə.Ədilzadə qeyd edib ki, layihənin icrası facebook və KİV-lərdə də davam etdirilib: “Əsas məqsədimiz layihənin davamlılığının qorunmasıdır. Bu sahə elə bir sahədir ki, burda vətəndaş mövqeyi də əsas rol oynayır. Biz də bu layihəni həyata keçirərkən ilk öncə və\təndaş mövqeyindən çıxış etdik. Layihə çərçivəsində facebook və müxtəlif KİV-lərdə narkomaniyanın törətdiyi fəsadlarla bağlı geniş məlumatlar çap olundu, paylaşıldı. Bu da daha geniş aderanın bu bəla ilə bağlı məlumatlanmasına şərait yaratdı”.


Müəllif: