14 İyul 2015 22:07

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi 14 iyul 2015-ci ildə Azərbaycan Respublikasıının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycanın regionlarında erkən nikah və məişət zorakılığına qarşı mübarizədə ictimai təşəbbüslərin gücləndirilməsi” layihəsi çərçivəsində Quba rayonunda növbəti ictimai müzakirəsini keçirmişdir.

Qeyd etmək istərdik ki, layihənin əsas məqsədi Azərbaycanın regionlarında qadınlar arasında erkən nikah və məişət zorakılığına qarşı hüquqi maarifləndirməni təşkil etməklə, erkən nikaha cəlb edilmə və zorakılıq hallarının və bunu yaradan səbəblərin azaldılmasına nail olmaqdır.

Quba rayonunda Hacıqayıb kəndində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, Təhsil işçiləri, Mədəniyyət şöbəsinin əməkdaşları, yerli kənd qadınları, o cümlədən yeniyetmə və gənclər iştirak etmişlər. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin işçisi Aynur Yəhyayeva açdı, daha sonra təşkilatın rəhbəri Sevil Allahverdiyeva açaraq təşkilat və layihə haqqında məlumat verərək erkən nikah və məişət zorakılığının daim təşkilatın prioroteti olduğunu qeyd etdi. S.Allahverdiyeva bildirdi ki, həm erkən nikah, həm də məişət zorakılığı Azərbaycan cəmiyyəti üçün olduqca aktualdır və bu kimi maarifləndirmə işlərinə ehtiyac vardır. Daha sonra tədbirin məruzəçisi Rafiq Təmrazov çıxış edərək məişət zorakılığı və onun təsnifatı, o cümlədən beynəlxalq qanunvericiliklə bağlı məlumat verdikdən sonra Azərbaycanda bu mövzuda aparılan islahatlardan danışdı. Eyni zamanda məruzəçi erkən nikah haqqında geniş məlumat verərək regionlarda son dövrlər qızların erkən nikaha cəlb edilməsindən danışdı və onun fəsadlarını vurğuladı.

Daha sonra tədbir iştirakçıları mövzuyla bağlı suallar verdilər və bu cür tədbirlərin kəndlərdə də keçirilməsinin zəruri olduğunu qeyd etdilər.


Müəllif:
Загрузка...