19 İyul 2015 20:24
251

İyulun 20-22-də Antalyadakı Akdəniz Universitetində Altay xalqları simpoziumu keçiriləcək.

Teleqraf.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, tədbirdə Türkiyə ilə yanaşı, Azərbaycan, Yaponiya, Koreya Respublikası, Hindistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Rusiya, Macarıstan, Almaniya, Bolqarıstan və ABŞ-dan 150-dək alim iştirak edəcək.

Elmi tədqiqatlar və araşdırmalar Altay diyarından başlayaraq Mərkəzi Asiya da daxil olmaqla qitənin ən ucqar şərq və qərb nöqtələrindən Mərkəzi Avropaya qədər yayılan xalqlar arasında əsasən tarix, dil, din, inanc və s. sahələrdə ortaq və oxşar dəyərlərin mövcudluğunu üzə çıxarıb. Avropadan iki dəfə böyük coğrafi ərazidə yayılan bu xalqlar dil xüsusiyyətləri nəzərə alınaraq Altay xalqları adlanır. Bu baxımdan simpoziumda Altay xaqlarının dini mərasimləri, dil və tarix məsələləri ilə bağlı mövzularda müzakirələr aparılacaq.


Müəllif: