11 İyun 2014 00:19

İyunun 10-da gecə saatlarında Göyçay rayonuna güclü dolu düşüb. Bu gün saat 22:00 radələrində başlayan və təqribən 10 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Qoz və yumurta boyda düşən dolu əsasən rayonun Toğanalı, Çaykənd, Aşıqlar kəndlərində meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan vurub. Dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Mənzillərin dam örtükləri, pəncərələri və maşınların şüşələri sınıb. Rayonların enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb. Sakinlər təşvişə düşüblər. Çünki yağıntı qısa müddətli də olsa çox sürətli olub.

Yerli sakinlərə çoxlu ziyan dəyib. Onların sözlərinə görə, son iki ay ərzində bu ikinci dəfədir ki, baş verir. İlk olaraq may ayının 4-də baş vermiş dolu yağmuru zamanı da rayona külli miqdarda ziyan dəyib. Kənd sakinlərinin sözlərinə görə, bu il rayonda məhsuldarlıq çox az olacaq. Çaylarda suyun səviyyəsi artdığından, dağ kəndlərində həyətyanı sahələri su basıb. Yağan dolu vəziyyəti daha da çətinləşdirib./musavat/

• Göyçayı yenidən dolu vurdu (FOTOLAR)  Yüklə
• Göyçayı yenidən dolu vurdu (FOTOLAR)  Yüklə
• Göyçayı yenidən dolu vurdu (FOTOLAR)  Yüklə
• Göyçayı yenidən dolu vurdu (FOTOLAR)  Yüklə
• Göyçayı yenidən dolu vurdu (FOTOLAR)  Yüklə

Müəllif: