5 May 2016 12:27
240

Xalq şairi Söhrab Tahirlə Təzə Pir məscidində vida mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, saat 14:00-ə kimi davam edəcək vida mərasimindən sonra xalq şairi II Fəxri Xiyabanda dəfn ediləcək.

Vida mərasimində Yazıçılar Birliyinin üzvləri, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak edir.

Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub.

"Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor vəzifələrində çalışıb.

1998-ci ildə xalq şairi fəxri adına, 2006-cı ildə "Şöhrət" ordeninə layiq görülüb.

Xalq şairi uzun illər şəkər xəstəliindən ziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənən sənətkarın hər iki ayağı amputasiya edilib.

Nərmin


Müəllif: