20 İyun 2014 12:24

Xəzər İntellektual Gənclər Klubu və Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “II Ağıl Oyunları” Festivalını təşkil etməyi planlaşdırır.

Xəzər İntellektual Gənclər Klubundan Teleqraf.com-a verilən məlumata görə, festıvalın proqramına “Nə? Harada? Nə zaman?” və “Breyn-Rinq” intellektual oyunlar üzrə yarışlar daxildir. Festivala 14-29 yaş arası gənclər qatıla bilərlər. Yarışda 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub.

Festival iki seçim turu və final mərhələsindən ibarət olacaq. Seçim turları 20-28 iyun tarixlərində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, İsmayıllı, Şəmkir, Naxçıvan, Şəki, Zaqatala, Salyan, Quba, Şamaxı, Lənkəran, Ağcabədi, Beyləqan və Cəlilabad şəhərlərində sinxron olaraq təşkil olunacaq.


Final isə 12-13 iyul tarixlərində “Kempinski Hotel Badamdar” mehmanxanasında baş tutacaq.

NİGAR


Müəllif: