15 İyul 2016 14:43
407

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən İntizar Ağayev, Vüqar Qurbanov və Nurbəxşin Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakinləri İntizar Ağayev, Vüqar Qurbanov və Nurbəxşin Şirəliyev Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onların Alış Nağıyev, Amil Xankişiyev, Əlisəfa Mustafayev, Aytəkin Piriyeva, Əlislam Qasımov və Ramin Əbilova məxsus ev və avtomobillərdən pul, qızıl əşya və sənəd oğurlamaları, Famil Xankişiyevin evindən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Nurbəxşin Şirəliyev 8 il 6 ay, İntizar Ağayev 7 il, Vüqar Qurbanov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif: