28 İyul 2016 14:08

Bakıda evə basqın edən oğru ev sahibəsini bıçaqlayıb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib və oradan 110 manat pul aparıb.

İ.Hüseynova xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

MƏQALƏDƏ: oğru


Müəllif:
Загрузка...