8 İyul 2014 11:59

Qobustan rayonumda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə Bakı-Yevlax yolunun 99-cu kilometrliyində baş verib. Göygöl rayon sakini, 1990-cı il təvəllüdlü Etibar Asif oğlu Həsənovun idarə etdiyi “Opel” makalı və Şəki rayon sakini 1989-cu il təvəllüdlü Taleh Etibar oğlu Rəsulovun idarə etdiyi “Wolksvagen” markalı avtomobillər toqquşub.


E.Həsənovun sərnişini - Göygöl rayon sakini, 1989-cu il təvəllüdlü Elvin Abuzər oğlu Həsənov hadisə yerində ölüb. E.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Hacı Zeynalov


Müəllif: