10 İyul 2014 14:22

Sumqayıt şəhərində avtomobildən silah-sursat aşkar olunub.

Bu barədə Teleqraf.com-a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Tural Məmmədovun idarə etdiyi “Mersedes” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı 10,48 qram həşiş, 1 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: