12 İyul 2014 14:00
518

Bakıda "Pay Point" aparatlarından pul oğurlamış qrupun daha bir üzvü tutulub, digəri isə müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də mağazalardakı "Pay Point" aparatlarından pul oğurlamış qrupun digər üzvləri - Lənkəran şəhər sakini Nurlan Baxşıyev tutulub, Bakı şəhər sakini Ramil Bəşirov isə müəyyən edilib.

N.Baxşıyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Rza Əkbərova məxsus mağazadan 50 manat oğurlaması da müəyyən edilib.


Müəllif: