14 İyul 14:42

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Timur Əlibalayev naməlum şəraitdə bıçaqlanıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatı xilas edilib. Araşdırmalar zamanı Timur Əlibalayevin paytaxt sakini Azər Mahmudov tərəfindən bıçaqlandığı məlum olub.

Cinayətkar tutulub.


Müəllif: Hacı Zeynalov