19 İyul 2017 21:38
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda 27 yaşlı gənc döyülərək xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Cil kəndində baş verib.

Kənd sakini Qurbanov Şahin Dilməmməd oğluna baş nahiyəsindən ciddi xəsarət yetirilib. Yaralı təcili yardım maşını ilə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəsarət alan şəxs bankomatdan pul çıxararkən mülki geyimli şəxslər tərəfindən avtomaşına mindirilərək başqa yerə aparıldığını və döyüldüyünü bildirib. O deyib ki, həmin şəxslər mənə hansısa oğurluq barəsində suallar verdilər və bu səbəbdən onlar polis işçisi ola bilərlər.

Hadisdə ilə bağlı 102 xidmətinə məlumat verilib. (report)


Müəllif: Teleqraf.com