11 Sentyabr 11:18

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Dədə Qorqud küçəsindəki parkda 1999-cu il təvəllüdlü Vilayəddin Hüseynov bıçaqlanıb.

O, xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Vilayəddin Hüseynovun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov