14 Noyabr 14:35
338

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Dövlət Təhklükəsizlik Xidmətinin əməkdaşı ifadə verib.

Həmin şəxs dinləmə epizodu qapalı keçirilib.

Daha sonra Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyevin epizodu üzrə şahid qismində Mehman Quliyev ifadə verib. Mehman Quliyev vəkillərin vəsatəti əsasında məhkəməyə çağırılıb. O, bütün işlərdən xəbərsiz olduğunu deyib.

Hazırda məhkəmədə fasilə elan olunub.


Müəllif: Hacı Zeynalov