17 Noyabr 2017 13:58
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Qovlar şəhərində 1977-ci il təvəllüdlü Səbinə Kazımova küçədə bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, qadın xəstəxanaya yerləşdirilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qovlar şəhər sakini, 2000-ci il təvəllüdlü Rəşad Hüseynov həbs edilib.

Məlum olub ki, Səbinə Kazımova noyabrın 16-da, axşam saatlarında aptekdən dərman alaraq evlərinə gedən zaman küçədə Rəşad Hüseynovla mübahisə edib.

Gəncin dini təhqir etməsi Səbinənin etirazına səbəb olub, qadın ona iradını bildirib. Gənc dostlarının yanında qadından irad eşitməsini özünə sığışdıra bilməyib. O, bıçaqla qadına bir neçə zərbə vurub və hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa qəsdən xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov