8 Dekabr 2017 22:34
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərinin Dədə Qorqud küçəsində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, həmin ünvanda üzərində bıçaq xəsarətləri olan cavan yaşlarında kişi aşkarlanıb. Xəstəxanaya aparılsa da onun artıq öldüyü məlum olub.

Polis və prokurorluq əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs 1997-ci il təvəllüdlü Vicay Cəmşidzadədir.

Hadisəni törədənin kimliyi məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov