17 Dekabr 2017 13:03
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lerik avtovağzalında səyyar qızıl alveri ilə məşğul olan şəxsin oğurluq etdiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, Lerik şəhər avtovağzalı ərazisində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun səyyar şəkildə qızıl əşyalar satması şübhə doğurduğundan Lerik rayon oolis şöbəsinə dəvət edilib.

Araşdırmalarla onun Şinəband kənd sakini Pərviz Talıbov olması, satmaq istədiyi qızıl əşyalarının isə ailə üzvlərinə məxsus olması, onları gizlin götürərək satmaq istəməsi müəyyən edilib.

Qızıl-zinət əşyaları - boyunbağı, qolbaq, üzük və digər bəzək əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.ha


Müəllif: Hacı Zeynalov