25 Aprel 2014 18:59

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə Appellyasiya məhkəməsində baxış iclası olub.

Teleqraf.com-un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında vəkillər G.Əhmədovanın şüşə kabinədən çıxarılaraq onlarla yanaşı oturmasını və sabiq deputat barəsində tətbiq olunan 178.3.2 maddəsinə xitam verilməsini tələb ediblər.

G.Əhmədova vəsatəti müdafiə edib. Hakimlər isə bildiriblər ki, qeyd edilən maddə ilə bağlı vəsatət yekun iclasda müzakirə ediləcək. Dövlət ittihamçısı ittihamı elan edib.

Məhkəmə Kollegiyası ekspertlər, təqsirləndirilən şəxs, daha sonra isə şahidlərin dindirilməsi haqqında qərar qəbul edib.

Proses çərcivəsində ekspertlər dindirilib. Linqvistik tədqiqat aparan Hümbət Vəliyev DVD diskin köçürüldüyünü və əldə olan diskin birinci variantı olmadığını deyib. "Təhqiqat zamanı eşidə bilmədiyim hissələri yazmamışam. Həmin yerləri qeyd etmişəm. Artukalyasiya pozulmayıb. Mən bunu heç yerdə müəyyən etməmişəm. Elşad Abdullayevin başqa səs nümunəsi olmadığına görə, istintaqın bizə verdiyi səs nümunəsini onun özününkü kimi qəbul etdik. E.Abdullayevin bizə təqdim olunan səs nümunələri televiziyalardakı çıxışlarıdır. İstintaq Sevinc Babayevanın da səs yazılarını bizə təqdim edib. Biz də təhqiqat aparmışıq".

Onun sözlərinə görə, onlara təqdim olunan diskdə böyük qüsurlar olmayıb: "Həmin sübutlar arasında DVD disklərinin köçürülmə nüsxələri də olub. Disklərdə aparılan tədqiqat zamanı 87 dəqiqəlik diskin 13-cü dəqiqəsində sinxron itib, amma artikulyasiya pozulmayıb.” – , deyə bildirib.

Ekspert “Bizə Elşad Abdullayevin Gülər Əhmədovanın eksperimental səsləri təqdim olunub. Həmin səslər üzərində tədqiqat aparmışıq. Sevinc Babyevanın da eksperimental səs nümünəsi təqdim olunub. Bu gün də onun səs nümunəsi bizdə saxlanılır. Sevinc Babayevanın həmin səs nümunəsinin nə vaxt və hardan götürülməsi barədə bizdə məlumat yoxdur. Bunu müstəntiq bilər.” -, deyə ifadəsinə əlavə edib.

Gülər Əhmədovanın digər vəkili Fazil Lətifov Sevinc Babayevanın səs nümunəsinin götürülməsilə bağlı vəsadət qaldırıb.

Vəkil məhkəmədən Sevinc Babayevanın səs numunələrinin istintaqdan alınmasını xahiş edib.

Sonra Gülər Əhmədova ekspertin verdiyi müsahibəsinə münasibət bildirib.

O, ekspertə ifadə verməsi üçün vaxt verilməsini istəyib. “Çünki ona burada bir neçə sual verdik, o suallara eyni cavab verdi. Sevinc Babayevnın eksperimental səs nümünəsini götürmək mümkün deyil, çünki ekspertiza keçirilən vaxt Sevinc Babayeva dünyasını dəyişib.”- deyib.

Bu məsələdə ekspertizanın rəyinin şübhə yaratdığını deyən G.Əhmədova deyib: “Belə bir fikir yaranır ki, bu ekspertin rəy verməsindən xəbəri olmayıb, saxta rəyə imza edib. Ekspertiza məsələsi mənim diqqətimdə idi, amma ekspertizanın ifadəsi mənim fikirlərimi bir daha təstiqlədi. Burada xoruzun quyruğu görünməyə başladı. ”

Sonra ekspert Gülər Əhmədovanın suallarını cavablandırıb.
Bu zaman Gülər Əhmədovanın səhhətində problem yaranıb. Prosesdə 5 dəqiqəlik fasilə yaranıb.

5 dəqiqəlik fasilədən sonraha kimlər iş vaxtının başa çatdığını deyərək məhkəmənin mayın 28-inə kimi təxirə salındığını bildiriblər.

Sabiq deputatın vəkili Fazil Nemətov isə vəsatət qaldıraraq Sevinc Babayevanın səs nümunələrinin istintaqdan alınaraq məhkəməyə təqdim olunmasını istəyib. Gülər Əhmədova məhkəmədən dindirilən ekspertə vaxt verilməsini, onun fikirlərini dəqiqiləşdirməsini istəyib: "Burdan məlum olur ki, bu şəxs ekspertizanı aparmayıb. Protokolda qeyd olunsun ki, Sevinc Babayevadan eksperimantal səs nümunəsi götürülməyib və bu mümkünsüzdür. Dindirilən ekspert də bunu etiraf etdilər. Əzizim məhkəmə, artıq xoruzun quyruğu göründü. Sadəcə insanlara qol çəkdiriblər. Ekspertiza aparılmayıb".

G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov məhkəməyə yerindən müdaxilə etdiyi üçün zaldan çıxarılıb.

Proses zamanı sabiq deputatın səhhətində problem yaranıb. Sabiq millət vəkili özünü pis hiss etdiyini bildirib. Bundan sonra hakimlər prosesdə fasilə elan ediblər. Daha sonra isə proses aprelin 28-nə təyin olunub.

Xatırladaq ki, Gülər Əhmədovanın vəkili Fazil Neymətov ötən baxış iclası zamanı məhkəməyə teleqram göndərib.

Vəkil hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəməyə göndərdiyi teleqramda Xətai rayon məhkəməsində başqa bir prosesdə iştirak etdiyi üçün sabiq deputatın məhkəməsində iştirak edə bilməyəcəyini deyib. Buna görə də, o məhkəmə apellyasiya baxışının vaxtının dəyişdirilməsini istəyib.

G.Əhmədova da vəkili iştirak etmədiyi üçün prosesin təxirə salınması haqqında vəsatət qaldırıb. Məhkəmə Kollegiyası vəsatəti nəzərə alaraq prosesi təxirə salıb.

Qeyd edək ki, ötən həftə keçirilən ilkin baxış məhkəməsində Gülər Əhmədova Elşad Abdullayevin psixoloji ekspertizadan keçirilməli olduğunu və onda depressiv manyakal sindromun əlamətləri olduğunu deyib. "Onun qardaşı Mahir Abdullayev, digər qardaşı, Mətanət İsgəndərli, Sevinc Babayevanın və Gülər Əhmədovanın öldürüləcəyi xəbərlərini yayması E.Abdullayevin depresiv sindromun olmasını göstərir. O adamın Facebook vasitəsilə iltizam verməsi buna bir daha sübutdur. Onun müsahibələrində məntiqi ardıcıllıq yoxdur. Bir tərəfdən ölkə rəhbərliyinə yalvarır, digər tərəfdən rəhbərliyini beynəlxalq məhkəməyə verəcəyini deyir. O, psixoloji ekspertizadan keçirilməlidir. Mən özüm bir psixoloq kimi bunları müşahidə edirəm və belə qənaətə gəlmişəm".

Dövlət ittihamçısı Abbasov Rəsul G.Əhmədovanın vəsatətlərinin əsassız olduğunu bildirib.

Daha sonra hakimlər müşavirə keçiriblər və ilkin baxışın qərarını açıqlayıblar. Bildirib ki, G.Əhmədovaya verilən həbs qətiimkan tədbirinin dəyişdirilməsi mümkün deyil. Amma vəsatət kimi qaldırılan şikayətçilərin, ekspertlərin və G.Əhmədovanın dirilməsi mümkündür.
Məhkəmə vəkillərin dünən qaldırdıqları bu vəsatətlər qəbul edilib.

Xatırladaq ki, ötən gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə apelyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

G.Əhmədovanın vəkillər ümumilikdə 8 vəsatət qaldırıblar. Bunlar ekspert və müstəntiqin yenidən dindirilməsi. Sevins Babayeva ilə Tavad Şirinova arasında mesajların təhqiqi "Seva danış" videosunun yenidən təhqiqinin, Gülər Əhmədovanın yenidən ifadə verməsinin, Elşad Abdullayevin dindirilməsi haqda qərar verilməsi, Sevinc Bqabayevanın istintaqa verdiyi ifadəsinin məhkəmədə elan olunması vəsatətlərini qaldırıblar. Dövlət ittihamçısı qaldırılan vəsatətləri əsassız sayıb.

Qeyd edək ki, aprelin 1-də keçirilən məhkəmə prosesində sabiq deputatın kassasiya şikayəti qismən təmin olunmuşdu. Qərara əsasən, Apelyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq ekspertlər və şahidlər yenidən dindiriləcək.

Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sadiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib.

Hacı


Müəllif: