18 Yanvar 2018 01:12
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda qətl ilə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xızı-Sumqayıt yolunda Giləzi qəsəbə sakini 1980-ci il təvəllüdlü Vaqif Cəfərov bıçaqlanaraq öldürülüb.

Məlum olub ki, Vaqif Cəfərov idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə 1977-ci il təvəllüdlü Qabil Məmmədovun “VAZ 2106” markalı maşını toqquşub.

Qəzadan sonra sürücülər mübahisə ediblər. Qabil Məmmədov Vaqif Cəfərovu sinəsindən bıçaqla vurub.

Faktla bağlı Xızı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov