22 May 2018 10:42
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını və qayınanasını öldürən həbs edilib.

Teleqraf.com xəbər verir ki, ötən gecə həyat yoldaşını və qayınanasını öldürən, 1987-ci il təvəllüdlü Ramin İsmayılov polisə təslim olub.

Ramin İsmayılovun barəsində Cinayət Məcəlləsinin Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansıqla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

***

08:18

Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib.

1954-ci il təvəllüdlü Mahirə İsgəndərova və 1987-ci il təvəllüdlü Günay İsgəndərova Naximov küçəsində yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriliblər.

Mahirə İsgəndərovanın oğlu evə qayıdarkən qadınları evdə qan içində görüb və bu barədə Xətai rayon Polis İdarəsinə məlumat verib.

Aydın olub ki, Günay İsgəndərova bir müddət əvvəl həyat yoldaşından ayrılaraq qardaşının və anasının yaşadığı evə köçüb.

Günay İsgəndərovanın əri bu gün axşam saatlarında onun yaşadığı evə gələrək həyat yoldaşını döyüb, buna müdaxilə edən M.İsgəndərovanı da bıçaqlayıb. Bundan sonra o, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri vurub. Hər iki şəxs çoxlu qan itirmədən ölüb.

Hadisəni törədən şəxs evdən çıxaraq məsuliyyətdən yayınmaq üçün naməlum istiqamətdə qaçıb.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi axtarır.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov