13 Avqust 2014 15:20
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bakıda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, avqustun 12-də saat 20.00 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Süleyman Həbibov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Zahid Kəlbiyevi vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarındakı ağaca dəyərək aşıb.

Nəticədə sürücü və sərnişinləri Musa Məmmədov, Mircəfər Əsgərov, habelə Z. Kəlbiyev dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: