30 Aprel 2014 12:11

Bakıda avtobusdan oğurluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bərdə rayon sakini Vasif Süleymanov tutulub.

Məlum olub ki, o, aprelin 28-də Səlyan yolu küçəsində Bakı şəhər sakinləri İlqar İsayevin və Elşən Məmmədovun idarə etdikləri “Daewoo” markalı avtobuslardan ümumilikdə 300 manat oğurlayıb.

Hacı Zeynalov


Müəllif: