17 Fevral 2015 15:04
304

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Füzuli rayon sakini, 1992-ci il təvəllüdlü Fariz Abbaszadə naməlum şəraitdə bıçaqlanıb. O, xəsarətlə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Cabir İbrahimov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: