13 Mart 2015 13:12

Lənkəran rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, hadisə martın 12-də Lənkəran rayonunun Rvo kəndində qeydə alınıb. Kənd sakini Nərminə Şərbətzadə, oğlanları Əmrah, Pərviz və Elgiz evlərində dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: