31 İyul 2015 20:50

Ağdaşda evdə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağdaş şəhərində vətəndaşa məxsus ümumi sahəsi 53 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 kv.m sahədə yanıb.

Hadisə zamanı ev sahibi tüstüdən zəhrələnmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...