4 İyun 2014 16:13
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Xaçmaz rayon sakini 22 yaşlı Fikrət İsayevin məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Mirorxan Kərimov bu ilin yanvarın 13-də Koroğlu metrostansiyasının arxa tərəfi ilə gedərkən Fikrət İsayev ona yaxınlaşıb. Fikrət İsayev Mirorxana hədə-qorxu gələrək “Nokia” markalı mobil telefonunu və 1 manat pulunu alaraq hadisə yerindən uzaqlaşıb.

Mirorxan Kərimov quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı Nizami rayon polis idarəsinin 25-ci polis bölməsinə müraciət edib. Keçirilən əməliyyat nəticəsində cinayəti törədən Fikrət İsayev həbs edilib.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Fikrət İsayev deyib ki, hadisəni oğurluq məqsədilə törətməyib. O, bildirib ki, telefonu danışmaq məqsədilə alıb.

Məhkəmə mayın 11-də davam edəcək.

Hacı Zeynalov


Müəllif: