9 İyun 2014 16:49
478

Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon məhkəməsindən daxil olmuş xüsusi qərardad Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı “Lalə-H” Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qulluq mövqeyindən sui-istifadə edərək kooperativ tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzili təkrarən saxta müqavilə əsasında Bakı şəhər sakininə 95 min manata satmaqla sonuncuya külli miqdarda zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif: