10 İyun 2014 10:51
370

Bakıda mağazadan velosipedi almaq adı ilə sürüb getmiş şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mayın 10-da Bakı şəhər sakinləri Aydın Tahirli 20-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, mayın 9-da Topçubaşov küçəsində yerləşən sürətçıxarma mağazasında, orada işləyən Ümid Bədirbəyli ona məxsus 220 manatı oğurlayıb.

Müəyyən olunub ki, o mayın 10-da Nurlan Heybətovun etibarından sui istifadə edərək ona məxsus Mir Qasımov küçəsində yerləşən mağazadan velosipedi almaq adı ilə sürüb gedib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ümid Bədirbəyli tutulub.


Müəllif: