6 Aprel 2016 23:34
401

Bakının Nəsimi rayonunda yerləşən “Moskva” univermağından oğurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Cavadxan küçəsində yerləşən ticarət mərkəzlərindən birindən Bakı şəhər sakini Vidadi Səfərova məxsus köşkdən qızıl sırğa oğurlanıb.

Hadisəni törətmiş Lənkəran rayon sakini Zahirə Əlizadə Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində tədbir görülməsi üçün 19-cu polis bölməsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: