19 İyun 2014 13:29
541

Qax rayonunun Gürcü Kötüklü kəndində yaşayış evində yanğın olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonunun Gürcü Kötüklü kənd sakini Mediko Babacanaşviliyə məxsus evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə münaqişəsi zəminində törətmiş onun qardaşı İosif tutulub.

Hacı Zeynalov


Müəllif: