27 May 2016 01:15
225

Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimov məhkəmə hökmündən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Mehman Səlimov Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi hökmdən narazıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Müdafiə Nazirliyinin 1 milyon 200 min manatlıq iddiası da təmin olunub. Həmin pul Mehman Səlimovdan tutulacaq.

Mehman Səlimov apelyasiya şikayətində bildirib ki, nazirliyin ona qarşı qaldırdığı iddia əsassızdır. O, qeyd edib ki, nazirlikdə tikinti ilə bağlı ayrılan pullardan bir manatda olsun pul mənimsənilməyib. Mehman Səlimov həmçinin apelyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif: