11 İyun 2016 14:32
2 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı-publisist Vahid Qazi Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmmədəmin Rəsulzadənin Polşada yaşadığı ünvanla bağlı maraqlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, V.Qazi bununla bağlı Feysbukdakı profilində yazıb, fotolar paylaşıb:

"Məhəmmədəmin Rəsulzadənin Varşavadakı ünvanı - Poznanska 4.

1930-cu illərdə burada çap etdirdiyi vizit kartında bu ünvan yazılıb. Dilqəm Əhməddən aldım o vizit kartı. Bina təzə tikilidir, British Council yerləşir. Görünür, müharibə vaxtı dağılıb, ya da yenidən nömrələmədə dəyişiklik olub. Əsas olan bina deyil, onun adı olan ünvandır. Gəldim ziyarət edəm və deyəm ki, “Sən bizimsən, bizimsən, son azərbaycanlı yaşayanacan, ey böyük insan! Sən bizim mənəvi atamız, səmt ulduzumuzsan! Sənin izin olan hər yer əzizdir bizə!”

Bəkir


Müəllif:

Oxşar xəbərlər