6 Avqust 2016 13:46
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyevanın sosial şəbəkədə fərqli fotosu yayılıb.

Teleqraf.com xəbər verir ki, iri çatma qaşları, uzun hörükləri, başında yaylıqla kiməsə hədə-qorxu gələn Dilarə Əliyevanın bu fotosu "Ölülər XXI əsr" filmindən bir kadrdır.

Tahir və Cabir İmanov qardaşlarının prodüserliyi ilə çəkilən "Ölülər XXI əsr" filmi sentyabr ayının 22-də ekranlara çıxacaq. İstehsalçılar əminlikdə qeyd edirlər ki, film Azərbaycan kinosuna yeni nəfəs gətirəcək.

Filmin instaqram sosial şəbəkəsindəki rəsmi ünvanında yer alan məlumata görə, ekran əsərində Şeyx Nəsurllah adını dəyişərək Nəsrulla Şeyxov olub. Hacı Həsən və Kefli İsgəndər isə necə varsa, elə də qalıb. Filmdə sonluq bir qədər fərqlidir. "Ölülər XXI əsr"də Şeyx Nəsrullah öz cəzasını alacaq. Amma bütün dələdüzlüq prosesləri və yalanlar hamısı olduğu kimidir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər