Şöhrəti Türkiyə sərhədlərini aşan türk aktrisa Tuba Büyüküstün Xorvatiyanın Nova telekanalına müsahibə verib.
O, 2004-cü ildə EMMİ mükafatına namizəd göstərildiyini sosial mediadan öyrəndiyini açıqlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən müsahibəni qısa ixtisarlarla təqdim edir:
“Cavab verə bilmərəm”
“Çox sıravi, xoşbəxt və normal bir uşaqlıq keçirmişəm. Ailənin tək qızı olduğuma görə mənə çox dəyər verilib. Əvvəlcə mühəndis olmaq istəyirdim, sonra sənət təhsili aldım, daha sonra bioloq olmaq istədim. Aktrisa olmaq qədərimdə varmış. Aktrisalıq etdim, amma iki il sonra bu sənətlə ciddi məşğul olacağıma qərar verdim”.
“Xəbəri tvitterdən oxudu”
“EMMİ mükafatına namizəd olduğumu sosial mediadan öyrəndim. Qəribədir ki, bu barədə kimsə mənə öncədən xəbər etməmişdi. Həyat yoldaşım xəbəri tvitterdən oxudu. Ondan sonra biz xəbərin doğru olub, olmadığını araşdırmağa başladıq”.
“Gözəl adamdır”
“Onur Saylakla mənim uzun illərə dayanan dostluğumuz olub. O, hər şeydən əvvəl həqiqətən yaxşı bir insandır. Çox romantikdir. Biz Parisdə evləndik, çox romantik idi, daha nə olsun?”
“Başqalarını özümüzdən daha yaxşı tanıyırıq”
“Mənim üçün əhəmiyyətli olan insanın özünü tanımasıdır. Çünki biz hər zaman özümüzdən uzaq qalırıq. Buna görə də başqalarını özümüzdən daha yaxşı tanıyırıq. Əvvəl özümüzü görməliyik, öz yolumuzu kəşf etməliyik. Övladlarıma da bunları öyrətməyə çalışıram”.
Pərvin