25 Avqust 2016 10:29
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Oda (kamera) teatrının səhnəsində yazıçı-dramaturq Firuz Mustafanın “Müqəvva” pyesi əsasında səhnələşdirilən tamaşanın premyerası olub.

AZƏRTAC xəbər verir ki, rejissor Elçin İmanovun quruluşunda təqdim olunan səhnə əsəri Azərbaycan dilində nümayiş olunub. Quruluşçu rəssamı Taryel Əlizadə olan tamaşada musiqi tərtibatı bəstəkar Elçin Eminə məxsusdur. Səhnə əsərində baş rolu İstanbulda yaşayan həmyerlimiz Kəmalə Kəmal ifa edib. Tamaşanın premyerasına Türkiyənin sənət ictimaiyyəti ilə yanaşı, ölkədə yaşayan Azərbaycan vətəndaşları da yaxından maraq göstəriblər.

Qeyd edək ki, afişalarda türkiyəli teatrsevərlərə “Manken” adı ilə təqdim edilən səhnə əsərinin bu gün və sentyabrın 1-də təkrar nümayişi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər