5 Sentyabr 2016 13:22
2 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist, Akademik Milli Dram teatrının aktyoru Elşən Cəbrayılov sosial şəbəkədə atası, aktyor Şahin Cəbrayılovla bağlı nostalji fotolar paylaşıb.

Teleqraf.com xəbər verir ki, aktyor atasının anım günündə duyğularını belə ifadə edib:
“5 sentyabr ailəmiz üçün qəmli gündür. Bu tarixdə atam dünyasını dəyişib. Yoxluğundan 8 il keçir dəyərli aktyor, gözəl atam Şahin Cəbrayılov. Ruhun şad olsun. Hər aman qəlbimizdə yaşayasan.

Çox insanlar bilmir ki, mən sənin oğlunam. 5 sentyabr tarixiini heç sevmirəm. Çünki səni itirmişəm. Fəxr edirəm ki, sənətini layiqincə davam edirəm. 8 ildir ki, yoxluğunun yeri görünür. Ruhun şad olsun həyatda çox əziyyətlərə qatlaşan atam”.

Şahin Cəbrayılov filmlərdə əsasən epizodik rollarda çəkilib. "Kökdən düşmüş piano", "Qatarda", "Topal Teymur", "Yol əhvalatı", "Alman klinikasına şəxsi səfər", "Qızıl uçurum", "Özgə ömür" və başqa bir çox kino və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Ən maraqlı obrazlarından biri "Kökdən düşmüş piano" tamaşasındakı Nərimandır.
Səhhətində yaranan ciddi problemlər üzündən səhnədən uzaqlaşan aktyor beyin iflici diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilsə də sonradan müalicəsini evdə davam etdirib.

5 sentyabr 2007-ci ildə infarkt keçirən aktyor dünyasını dəyişib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər