6 Sentyabr 2016 23:18
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilk dəfə olaraq sentyabrın 17-də başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu qərar mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin keçirdiyi müşavirədə səslənib.

Ənənəvi olaraq Fəxri Xiyabanda Üzeyir bəy və ulu öndər Heydər Əliyevin məzarları ziyarət ediləcək, Milli Konservatoriyanın qarşısında, daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində güllələnmiş abidələr ziyarət ediləcək və tədbir Bakı Musiqi Akademiyasının qarşısında dahi bəstəkarın abidəsi önündə davam edəcək.

Sentyabrın 18-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramları təqdim ediləcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər