20 Oktyabr 2016 12:08
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış rus yazıçısı Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzindən Teleqraf.com-a bildirilib ki, kitab Moskvanın məşhur Taqanka teatrının tarixini, bu qədim sənət ocağında çalışmış Yuri Lübimov, Valeri Zolotuxin, Vladimir Vısotski kimi sənət adamlarının, eləcə də azad yaradıcılıq havası ilə yaşayan teatr truppasının sovet ideologiyası basqısı altında üzləşdiyi çətinlikləri, mədəniyyət sahəsində hökm sürən ətalətin yaradıcı kollektivə təsiri, teatrın yüksəlişi və parçalanması proseslərini sənədli faktlarla əks etdirir.

Kitabı Azərbaycan dilinə yazıçı-tərcüməçi Etimad Başkeçid çevirib. Nəşrin redaktoru Əyyub Qiyasdır.

Əsərin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanası vasitəsilə onlayn mütaliəçilərin ixtiyarına veriləcək.


Müəllif:

Oxşar xəbərlər